Haqqımızdayellow-shape

"Keyfiyyətli təhsil üçün sən də gəl!" devizi ilə fəaliyyətə başlayan Liseyim.az Hazırlıq Mərkəzi beş ildən artıqdır ki, sizin xidmətinizdədir. Fəaliyyətə başladığımız ilk gündən etibarən peşəkar müəllimlərlə hər bir şagirdin təhsil həyatına faydalı olmağa çalışan mərkəzimiz qısa müddət ərzində çox yüksək nailiyyətlər əldə etməyi bacardı. Ümumi olaraq lisey və gimnaziyalara qəbul imtahanında 96 faiz nəticə göstərən mərkəzimiz, yerli və beynəlxalq olimpiadalarda da bir sıra uğurlarla adından söz etdirə bildi.

Lisey və gimnaziyalara hazırlıq, olimpiadalara hazırlıq, abituriyent hazırlığı, təkmilləşdirmə hazırlığı kimi xidmətlər göstərən mərkəzimizdə, həmçinin mütəmadi olaraq motivasiya və psixoloji seminarlar, müxtəlif konsultasiya tədbirləri də keçirilir. 

Ümid edirik ki, bundan sonraki fəaliyyətimiz müddətində də göstərdiyimiz xidmətlər ilə təhsilimizin inkişafına az da olsa töhfə verə biləcəyik.

Əməkdaşlıq etdiyimiz partnyorlar

Müasir İnnovasiyalar Liseyi
KGL CONTEST
Bilik tədris mərkəzi

Statistikalar

Fəaliyyətdə olduğumuz dövr ərzində xidmət statistikamız

811

Məzunlarımız

27008

İmtahanlarımıza qoşulan şagirdlər

27556

Konsultasiya üçün bizə müraciət edənlər

5

Vəsaitlərimiz